Rusiya sərhədçilərin Zvartnots hava limanından çıxarılması qərarının ləğvi barədə söhbət getmir.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
Onun sözlərinə görə, qərar hələ də qüvvədədir və Rusiya hərbçiləri avqustun 1-də hava limanını tərk etməli olacaqlar.
“Ermənistan üçün bu, artıq həll olunmuş məsələdir, mən düşünmürəm ki, burada hər hansı müzakirə gedir. Bu prosesi dövlətlərarası müqavilənin pozulması kimi təqdim etməyə cəhd edilir. Bu, qurumlararası saziş idi, məqsədi bu sahədə erməni sərhədçilərinə fayda vermək, onların yükünü yüngülləşdirmək idi. Artıq bu yükü yüngülləşdirməyə ehtiyac yoxdur”, – deyə spiker brifinqdə bildirib.
“Mən çox şübhə edirəm ki, Türkiyə Ermənistana hücum etmək qərarına gələrsə, Rusiya sərhədçiləri hərəkətə keçə və ya qoruya bilər. Böyük şübhələrim var”, – deyə o bildirib və əlavə edib ki, avqustun 1-dən Rusiya sərhədçiləri Zvartnots beynəlxalq hava limanından çıxarılacaq.