MOSKVADA VURULAN ATS SİMONYANIN EVİNİN YAXINLIĞINDA DÜŞÜB

MOSKVADA VURULAN ATS SİMONYANIN EVİNİN YAXINLIĞINDA DÜŞÜB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

RT telekanalının baş redaktoru, aparıcı Marqarita Simonyan bildirib ki, bu səhər Moskva vilayətində vurulan iki ATS-dən biri onun evinin yaxınlığında düşüb.

Tribunainfo.az xəbər verir ki, “İstra bölgəsində vurulan pilotsuz uçuş aparatı bizim yanımızda olan küçəyə düşüb. Zərərlərdən müdafiəmiz sayəsində qurbanlar və dağıntılar yoxdur”, – o, Telegram kanalında yazıb.

Bundan əvvəl Rusiya Federasiyasının Müdafiə Nazirliyi Moskva vilayəti ərazisində iki Ukrayna PUA-nın məhv edildiyini açıqlamışdı.

Bununla əlaqədar Moskvanın iki hava limanında: Vnokovo və Domodevdovoda məhdudiyyətlər tətbiq edilib. İndi Rusiya mətbuatının məlumatına görə, bu məhdudiyyətlər aradan qaldırılıb və hava limanları normal rejimdə işləyir.