Moskvada üçtərəfli görüş olacaqmı?

Moskvada üçtərəfli görüş olacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün erməni mediası xəbər yayıb ki, mayın 9-da Moskvada keçiriləcək Qələbə paradından sonra Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında üçtərəfli görüş keçiriləcək.

Tribunainfo.az xəbər verir ki, həmin məlumatlarda üçtərəfli görüşdə sülh müqaviləsi məsələsinin müzakirə olunacağı qeyd edilib.

Lakin Ermənistan hökuməti məlumatı təsdiqləməyib. Bu ölkənin baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, belə bir görüş nəzərədə tutulmayıb. “Mayın 9-da Moskvada Əliyev-Paşinyan-Putin görüşü planlaşdırılmayıb”.

Fərda Uğur