Moskvada sentyabrın 1-nə planlaşdırılan terrorun qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskvada və Moskva vilayətində sentyabrın 1-də terror həyata keçirməyi planlaşdıran Mərkəzi Asiyadan olan iki şəxsi saxlayıb.

 

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskvada və Moskva vilayətində sentyabrın 1-də terror həyata keçirməyi planlaşdıran Mərkəzi Asiyadan olan iki şəxsi saxlayıb.

Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər yayır.

Federal Təhlükəsizlik Xidməti tərəfindən Moskva şəhəri və Moskva vilayətində Mərkəzi Asiyadan olan iki şəxsin cinayətkar fəaliyyəti aşkar edilib və qarşısı alınıb. Həmin şəxslər sentyabrın 1-də insanların kütləvi toplandığı ərazilərdə terror aktı planlaşdırırdılar”, – deyə FTX-nin paylaşdığı məlumatda bildirilir.

Sentyabrın 1-də Rusiya Federasiyasında yeni dərs ili başlayır. İlk dərs günü məktəblərin önündə çoxlu sayda şagird və valideynlər yığılır.