Moskva vilayətinin Serqiyev Posad şəhərində yerləşən müəssisədə partlayış baş verib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Federasiyasının fövqəladə hallar xidmətinin nümayəndəsi məlumat verib.
Moskva vilayətinin Serqiyev Posad şəhərində yerləşən optik-mexanika zavodunda partlayış baş verib”, – agentlikdən bildirilib.
Fövqəladə hadisənin səbəbləri və zərərçəkənlər barədə məlumatlar dəqiqləşdirilir.
Fabrikdə genişmiqyaslı təxliyə elan edilib, təhlükəsizlik qüvvələri və rayon rəhbəri hadisə yerinə gəlib. Hadisə yerinə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov da gedib.