backend

Moskvada kritik Qarabağ danışıqları başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya XİN rəhbəri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər. 

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya XİN rəhbəri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.


TİA.AZ TASS-a istinadən xəbər verir ki, Elmar Məmmədyarov rusiyalı həmkarının dəvəti ilə Moskvada rəsmi səfərdədir.

Məlumata əsasən, Rusiya və Azərbaycan XİN rəhbərləri arasında martın 6-da danışıqlar aparılacaq.

“XİN rəhbərləri ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini, regional və beynəlxalq gündəmin əsas aspektlərini, həmçinin Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər”, – deyə məlumatda bildirilib.

Xəbərdə, həmçinin 2016-cı ildə Rusiya-Azərbaycan arasında ticarət dövriyyəsinin 1954,3 milyon dollar olduğu bildirilir.