Moskvada yerləşən 6 ticarət mərkəzində insanların təxliyə əməliyyatı aparılır.
Moskvada yerləşən 6 ticarət mərkəzində insanların təxliyə əməliyyatı aparılır.
Axar.az xəbər verir ki, bu barədə “TASS” hüquq mühafizə orqanlarına istinadən informasiya yayıb.
“6 ticarət mərkəzində partladıcı yerləşdirilməsi barədə məlumat daxil olub. Hazırda “Meqa-Ximki”, “Metropolis”, “Xoroşo”, “Kapitoli”, “Şuka”, “Okeaniya” ticarət mərkəzlərində yoxlamalar davam etdirilir”, – məlumatda deyilir.
Ticarət mərkəzlərindən ümumilikdə 10 minə yaxın insanın təxliyə edildiyi bildirilib.