Kəskin hava şəraiti Moskvada 2 nəfərin ölümünə, 22 nəfərin xəsarət almasına səbəb olub.
Kəskin hava şəraiti Moskvada 2 nəfərin ölümünə, 22 nəfərin xəsarət almasına səbəb olub.
TİA.AZ xəbər verir ki, 12 nəfərə ambulator yadım göstərilib, daha 10 nəfər isə xəstəxanalara yerləşdirilib.
Rusiyanı cənginə alan “əsrin qasırğası” nəticəsində bir çox yaşayış massivinin və inzibati binanın enerji təminatında problemlər yaşanıb. Hava limanında 30 aviareys ləğv edilib, 300-ə qədər aviareysdə isə gecikmə baş verib.
Rusiyada kəskin hava şəraitinin bu gün də davam edəcəyi bildirilib.