Fevralın 3-də Rusiya Federasiyasının Moskva regionunda güclü qar yağıb.
İKT.lent.az-ın xəbərinə görə, Moskva şəhərinin və ətraf rayonların əhalisi bu fəsildə qara adət etsə də, bu dəfə durum fərqli olub. Belə ki, bazar günü aylıq normanın 122%-i həcmində qar yağıb. Bu səbəblə, hadisə “əsrin qarı” adlandırılıb.
Moskva sakinləri sosial şəbəkələrdə paytaxtda “əsrin qarı”nı əks etdirən fotolar yerləşdiriblər.


















