Moskvada Azərbaycan diasporunun rəhbəri deportasiya edilir

Moskvada Azərbaycan diasporunun rəhbəri deportasiya edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan diasporunun Moskvada rəhbəri Elşən İbrahimov ölkədən deportasiya edilir.

“Report”un “Baza” telegram-kanalına istinadən verdiyi xəbərə əsasən, bir neçə gün bundan əvvəl o Rusiya vətəndaşlığından məhrum edilib.

Məlumata əsasən, hazırda E.İbrahimov Moskvanın Şeremetyevo aeroportundadır və “Aeroflot”un gecə reysi ilə Bakıya göndəriləcək.