Moskva vilayətində artıq neçə gündür davam edən həyəcanlı anlar bu gün də yaşanıb.
Moskva vilayətində artıq neçə gündür davam edən həyəcanlı anlar bu gün də yaşanıb. Belə ki, anonim zənglərdən sonra Rusiya paytaxtında 10 qəsəbə idarəsində təxliyələr aparılıb.
Trend-in məlumatına görə, həmin idarələrdə bomba qoyulması barədə zənglər polisə daxil olub.
Təxliyədən sonra xüsusi qüvvələr tərəfindən binalarda axtarışlar başlayıb.
Qeyd edək ki, ötən gün Rusiyanın 12 şəhərində ümumilikdə 108 binadan 32 min nəfər təxliyə olunub.