“Moskva və Tiflis Abxaziya məsələsini müzakirə edir”

“Moskva və Tiflis Abxaziya məsələsini müzakirə edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Abxaziyada yenidən iğtişaşlar yaşanır. Hakimiyyəti narahat etməyə başlayan etiraz aksiyaları keçirilir, hətta Abxaziya Milli Təhlükəsizlik Şurasının iclası da keçirilib”. Tribunainfo.az xəbər verir ki, bu fikirlər Rusiyalı politoloq Sergey Markedonova məxsudur.

O deyib ki, söhbət Abxaziya məsələsində Moskva ilə Tiflis arasında danışıqlardan gedir. “Müzakirəsi yalnız Moskva ilə Tbilisi arasında “sövdələşmə” və Gürcüstanın xarici siyasətinin yenidən istiqamətləndirilməsi ilə bağlı növbəti müzakirələr kontekstində yenilənir”.

Markedonov hesab edir ki, Abxaziyadakı daxili qeyri-sabitlik bütövlükdə Rusiyanın xarici siyasətinə mənfi təsir göstərir. “Bu, ilk növbədə, Moskvanın xüsusi maraq dairəsi hesab etdiyi ərazilərdə asayişi təmin etmək qabiliyyətinə inamı sarsıdır. Abxaziyada nizam-intizam çatışmazlığı Rusiyanın beynəlxalq aləmdəki rəqiblərinə kart blanş verir. Amma düzünü desək: mövcud problemlərin bünövrəsi okeanın o tayındakı qüvvələrdə deyil,  Abxaziyanın daxilindədir”.