Moskva və Rostovdan diplomatlarımız qovulur – Ukrayna

Moskva və Rostovdan diplomatlarımız qovulur – Ukrayna

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyadan 13 Ukrayna diplomatı qovulur. Qovulan diplomatların 8-i Moskvadakı səfirlik, 5-i isə Rostovdakı konsulluqda fəaliyyət göstərir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukrayna Radasının sədrinin müavini İrina Geraşenko paylaşıb. Onun sözlərinə görə, diplomatların hamısı Ukrayna siyasi məhbuslarının saxlandığı şəhərlərdən çıxarılır:

“Bəli, bizim konsullara qarşı təzyiqlər var, amma onlar öz missiyalarındakı məsuliyyəti yaxşı anlayırlar. Onlar əvvəlki kimi öz öhdəliklərini tam şəkildə icra edəcək və siyasi məhbuslarımızın saxlandığı həbsxanalara giriş əldə etməyə çalışacaqlar”.

Qeyd edək ki, dünən Rusiya Xarici İşlər Nazirliyi 23 ölkənin diplomatlarının ölkədən qovulması haqqında qərar qəbul edib.