Moskva ümid edir ki, Paşinyanın vektoru dəyişməmək mövqeyi qalib gələcək. Tribunainfo.az-ın xəbərinə görə, beynəlxalq media yazır ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bişkekdə MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları üzrə keçirilən mətbuat konfransında deyib.
Lavrov Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda verdiyi müsahibəyə diqqət çəkərək, o, xüsusilə “Ermənistan öz vektorunu dəyişmir” demişdi.
“Moskva İrəvanı başqa istiqamətə çəkmək cəhdlərinə baxmayaraq, bu mövqenin qalib gələcəyinə ümid edir”, – Lavrov bildirib.
Bundan əvvəl Ermənistan Nazirlər Kabinetinin rəhbəri Nikol Paşinyan bəyan edib ki, Ermənistan xarici siyasət vektorunu dəyişmək niyyətində deyil. O, Ermənistanın “Rusiya Federasiyası ilə münasibətlərdə heç nəyi ləğv etmədiyini, heç bir yeri tərk etmədiyini” vurğulayıb.