Moskva sanksiyaların ləğvinə və dondurulmuş aktivlərin qaytarılmasına inanmır

Moskva sanksiyaların ləğvinə və dondurulmuş aktivlərin qaytarılmasına inanmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbin Ukraynaya qarşı hərbi əməliyyatlarına görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar tezliklə aradan qaldırılmayacaq. Dondurulmuş aktivlər də geri qaytarılmayacaq.

Tribunainfo.az xəbər verir ki, bunu Rusiyanın ikinci ən böyük bankı VTB-nin rəhbəri Andrey Kostin “Reuters”ə müsahibəsində deyib.

“Mən sanksiyaların tezliklə ləğv olunacağına inanmıram, bunun necə mümkün olduğunu başa düşmürəm. Yaxşı nümunə Cekson-Venik düzəlişidir. O, SSRİ-yə qarşı qəbul edilib və yalnız 2012-ci ildə ləğv edilib”, – Kostin bildirib.

Kostin Soyuq Müharibə dövründə Sovet İttifaqı ilə ticarət əlaqələrini dini azlıqların mühacirət hüquqları ilə əlaqələndirən qanunu nəzərdə tuturdu.

Kostin bildirib ki, onun fikrincə, müharibə başlayandan sonra Rusiyanın Qərbdə dondurulmuş valyuta ehtiyatları geri qaytarılmayacaq.

“Qərbdə deyirlər ki, Ukraynanın bərpasını ehtiyatlardan ödəyək və elə bir hesab ortaya qoyacaqlar ki, hətta ehtiyatlar belə çatmayacaq”, – Kostin proqnozlaşdırıb.