Moskva Mehdiyevin “göz yaşlarına” niyə inanmadı? – ŞOK səbəb

Moskva Mehdiyevin “göz yaşlarına” niyə inanmadı? – ŞOK səbəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Düşənbədə Mehdiyevin planı ifşa edilməklə Azərbaycan-Rusiya əlaqələrində ciddi bir dönüş olub. Görünür ki, Mehdiyev Moskvada bəzi dairələrə onların siyasi nökəri olacağını inandırmaq istəyib. Onun 10 ay ərzində yaranmış gərginlikdən istifadə etmək cəhdləri isə puça çıxıb. Çünki Kreml Mehdiyevin “göz yaşlarına inanmayıb”.

Bu sözləri Tribunainfo.az-a hüquq müdafiəçisi Xəzər Teyyublu deyib. Onun sözlərinə görə, sabiq PA rəhbəri Azərbaycan Prezidentinin xarici siyasətinin əleyhinə gedərək Moskvaya təkliflər irəli sürə bilər: “O, Rusiyada müəyyən qüvvələri, özünə yaxın qrupları inandıra bilərdi ki, Azərbaycan Türkiyə, Britaniya, İsrail, Pakistan kimi dövlətlərlə yaxınlaşıb, Trampla yüksək səviyyəli əlaqələr qurub, Rusiyadan isə uzaqlaşır. Yəni Mehdiyev təklif edə bilər ki, onu iqtidara gətirsinlər və ölkəni Moskvanın orbitinə qaytarsın. Ancaq onun niyyəti ahıl ürəyində qalıb. Azərbaycan Rusiya və digər ölkələrlə normal əməkdaşlıq qurub. Ona görə Moskva hər hansı dəyişiklik zərurəti hiss etməyib, həm də bunu etməyə gücü olmayıb. Mehdiyev isə tükənmiş biridir, ona heç bir xarici qüvvə etimad göstərməz”.

Nəsir Şakirli