Rusiya Ermənistanı heç vaxt müdafiə etməyəcək.
Rusiya Ermənistanı heç vaxt müdafiə etməyəcək.
TİA.AZ xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində rusiyalı politoloq Vadim Dubnov söyləyib.
“Moskva heç vaxt İrəvana Azərbaycanla qarşıdurmada yardım etməyəcək. Təbii ki, əgər Azərbaycan-Rusiya münasibətlərində nə isə dəhşətli bir şey olsa, o zaman bu yardımı gözləmək olar. İrəvanın düşdüyü situasiyada edə biləcəyi yeganə şey şəxsi illüziyalar qurmayıb, olanları əhaliyə anlatmaqdır” – deyə o bildirib.