ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Rusiyanı Suriya rejiminin dəhşətlərini tanımağa çağırıb.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Rusiyanı Suriya rejiminin dəhşətlərini tanımağa çağırıb.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, diplomat bir gün əvvəl ABŞ Dövlət Departamentinin Suriya prezidenti Bəşər Əsədə yönəlik ittihamlarına istinad edib.
“Əsəd öz qəddarlığına görə əsas məsuliyyəti daşıyır. Amma onun müttəfiqləri Rusiya və İranın üzərinə də məsuliyyət düşür. Moskva və Tehran Əsədə insanları oğurlamağa və işgəncə verməyə, insanları məhkəməsiz öldürməyə və kimyəvi silah hücumları həyata keçirməyə icazə verir. Digər ölkələr Suriya rejiminin dəhşətlərini tanıyırlar. Rusiyanın bizə qoşulmaq vaxtı çatıb”, – Nikki Heylinin bəyanatında deyilir.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti dünən Bəşər Əsəd rejimini Dəməşq yaxınlığında hərbi həbsxanada krematori tikintisində ittiham edib. ABŞ dövlət katibinin Yaxın Şərq üzrə köməkçisi vəzifələrinin icraçısı Stüart Cons jurnalistlərə məlumat verib ki, Suriya rejimi Sednaya həbsxanasında dustaqların cəsədlərindən dəlil saxlamadan qurtulmaq üçün krematori yaradıb.
O qeyd edib ki, Dövlət Departamentinin fərziyyəsinə görə, krematori Suriya rejimi tərəfindən son altı ildə gedən vətəndaş müharibəsi ərzində həyata keçirilən kütləvi məhbus edamlarının gizlədilməsi üçün yaradılıb.
Amerikalı diplomatın sözlərinə görə, paytaxt Dəməşqin təxminən 45 dəqiqəlik məsafəsində yerləşən həbsxanada hər gün orta hesabla 50 məhbus öldürülüb. Mətbuat konfransında jurnalistlərə peykdən çəkilən və sözügedən sobaların təsvir edildiyi görüntülər təqdim olunub. Həbsxanadan ilk totoşəkillərin 2013-cü ildə çəkildiyi deyilir.