Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda Gürcüstanla oyundan (3:2) sonra maraqlı bir açıqlama verib.
Tribunainfo.az xəbər verir ki, o, millinin baş məşqçisi Vinçenzo Montellaya Türkiyə vətəndaşlığı veriləcəyini bildirib.
Hacıosmanoğlu 2023-cü ildən milli komandanın baş məşqçisi olan italyan Vinçenzo Montellanın Türkiyə vətəndaşlığını qəbul edəcəyi ilə bağlı yayılan xəbərləri təsdiqləyib. “Vinçenzo Montellanı ən qısa zamanda Türkiyə vətəndaşı edəcəyik” – deyə o bildirib.
Qeyd edək ki, Vinçenzo Montella 2023-cü ilin sentyabr ayında Türkiyə millisinin baş məşqçisi təyin olunub. O, yığma ilə ümumilikdə 24 rəsmi oyun keçirib. “Ay-ulduzlular” onun rəhbərliyi altında 13 qələbə qazanıb, 4 heç-heçə edib, 7 dəfə məğlub olub.