Keçmiş Monqolustan prezidenti Tsakia Elbegdorj ölkəsinin xəritələrini X-də dərc edərək Rusiya prezidenti Vladimir Putini ələ salıb.
Tribunainfo.az xəbər verir ki, “Putinin müsahibəsindən sonra Monqolustanın tarixi xəritəsini tapdım. Narahat olmayın, biz sülhsevər və azad xalqıq”, – siyasətçi Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsindən danışarkən yazıb.
Kreml rəhbəri məşhur müsahibəsi zamanı “Ukraynanın tarixən mövcud olmadığını və ukraynalıların eyni ruslar olduğunu, ərazilərin Rusiyaya məxsus olduğunu” iddia edib.
Dəniz Pənahova