Dünyanın hər yerindən nadir məhsulların, müxtəlif növ içki və şirniyyat, çərəzlərin satışını həyata keçirən ”Molto Group” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, “Molto”nun İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 508-ci maddəsini pozduğu məlum olub. Belə ki, aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan az miqdarda idxal edilməsinə görə aksiz markası və ya məcburi nişanı olmayan mallar müsadirə edilməklə fiziki şəxslər səksən manatdan yüz iyirmi manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Bu maddədə “az miqdarda” dedikdə, beş yüz manatadək olan məbləğ başa düşülür.
“Molto” ilə bağlı işə 18 oktyabr tarixində Səbail rayon Məhkəməsində baxılacaq. İş hakim Günel Səmədovanın icraatındadır.
Xatırladaq ki, nizamnamə kapitalı 10 manat olan “Molto Group” MMC 2024-cü ilin fevralında dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Məmmədzadə Samir Rizvan oğludur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar