İranda dini elita arasında çatlar getdikcə dərinləşməyə başlayır. Tribunainfo.az xəbər verir ki, əksər iri şəhərlərin “imam cümə”ləri bir müddətdir İran prezidenti Məsud Pezeşkianın əleyhinə çıxışlar etməyə start veriblər.
İsfahan və daha bir neçə iri şəhərlərin dini nümayəndələri iddia edirlər ki, Pezeşkian doğru siyasətr aparmır, ölkənin iqtisadi vəziyyətini pisləşdirib və sairə. Onların bu açıqlamaları artıq dini cameədə narazılığa səbəb olub. Buna görə də, bəzi din xadimləri etirazları dilə gətirməyə başlayıblar.
Onlardan biri höccətül-İslam Möhsün Qorian bildirib ki, bəzi şəhərlərin imam cümələri öz çıxışlarında səhlənkarlıq edirlər. “Onlar Allahı, dini təbliğ etmək yerinə, təmsil etdikləri siyasi dairələrin fikirləri ilə insanların beyinlərini doldururlar. Onların bəzilərinin məqsədi İran prezidentini xalqın gözündən salmaq, onu devirməkdir. Çünki İran əhalinin böyük hissəsinə Peşzekiyana səs verdikləri üçün qəzəblidirlər”.
Tribunainfo.az bildirir ki, Qorian din xadimlərindən belə imam cümələrə etiraz etməyin lazım olduğunu deyib. Onun sözlərinə görə, Pezeşkianı xalq seçib və ona hörmət edilməlidir.