İranda iqtisadi böhran dərinləşdikcə əhalinin də narazılığı getdikcə çoxalır. Tribunainfo.az xəbər verir ki, bir qədər əvvəl pensiyaçıların, ardından isə dünəndən telekommunikasiya işçilərinin aksiya keçirmələri molla rejimini təşvişə salıb.
“İran İnternational” kanalının yaydığı xəbərə görə, İran molla rejimi “həssas və təhlükəsizlik yerlərində” toplantı və yürüşlərin keçirilməsinə qadağa qoyub. Bununla bağlı konkret səbəb göstərilməyib.
Lakin aydın məsələdir ki, rejimin bu qədər sərt qərarlar qəbul etməsi gözlənilən ağır proseslərin gəlişindən xəbər verir. Eyni zamanda, daxildəki narazılığın günün birində sərt şəkildə etiraza çevriləcəyi artıq heç kimdə şübhə doğurmur.