Mühcirətdə fəaliyyət göstərən “İran İnternational” TV İrandakı hazırkı
vəziyyət və onun SSRİ-nin dağılma ərəfəsindəki vəziyyətlər oxşar
cəhətlərini araşdırıb. Tribunainfo.az xəbər verir ki, yazının müəllifi Sam
Şəhravi bir sıra mətləblərə aydınlıq gətirib.
O qeyd edib ki, İrandakı hazırkı durum SSRİ-nin dağılması ərəfəsindəki
vəziyyətlə bir çox opcşar cəhətlərə malikdir. “İran rejimi də SSRİ-nin keçmiş
rəhbərləri kimi, silahlanmaya, xarici düşmən obrazını yaratmağa böyük
pullar xərcləyir. Molla rejimi Kremlin keçmiş sahibləri kimi iqtisadiyyatı
nizama sala bilmirlər. Devalivasiya, infliyasiya məsələlərinin əlində aciz
qalıblar”.
Müəllif vurğulayıb ki, İran rejiminin addımları ilə Qorbaçovun hərəkətləri
paralellik təşkil edir ki, bu da mollaların hakimiyyətdən getməsini
şərtləndirəcək. Lakin Şəhravi SSRİ-dən fərqli olaraq, molla rejimi gedəcəyi
təqdirdə İranın parçalanacağına inanmadığını dilə gətirib.