backend

Molla: “Nömrəmi qəbiristanlıqda yazmışam ki, məni rahat tapsınlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Babək prospektindəki qəbristanlığın divarı mollanın nömrələri ilə doludur.  Paytaxtın Babək prospektindəki qəbristanlığın divarı mollanın nömrələri ilə doludur. 

TİA.AZ  “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, molla hətta xristianların dəfn olunduğu əraziyə də nömrə yazmağı unutmayıb.
Telekanalın əməkdaşları, kreativ mollanı tapmaq üçün yazdığı nömrəyə zəng ediblər.
“Hə, nömrəmi yazdığıma görə gəlmisiz? Əşi yazmışam ki, məni rahat tapsınlar. Ona görə məni çox tənbeh ediblər, amma yazmışam da”.
Din xadimi, İmam Rza məscidinin axundu Hacı Mirhəmid mollanın bu hərəkətinə münasibət bildirərkən qeyd edib ki, qəbiristanlıq hamımızın hörmət etməli olduğumuz yerdir.
“Orada hamımızın yaxınları yatır. Digər tərəfdən, qanunla divarları korlamaq qadağandır. Heç kimin haqqı yoxdur ki, nömrəsini divarlara yazsın”.