Azərbaycanda, eləcə də Şərqdə ilk satirik jurnal olan “Molla Nəsrəddin”in ilk nömrəsinin çapından 111 il keçir.
Azərbaycanda, eləcə də Şərqdə ilk satirik jurnal olan “Molla Nəsrəddin”in ilk nömrəsinin çapından 111 il keçir.
Jurnalın birinci nömrəsi 1906-cı il aprelin 7-də (köhnə təqvimlə 20-də)Tiflisdə işıq üzü görüb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə,1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi CəlilMəmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə,400-ü Bakıda) çıxıb.”Molla Nəsrəddin” Azərbaycan xalqının mütərəqqiqüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilib.Təsisçisi və baş redaktoru Cəlil Məmmədquluzadə olan jurnalda Ömər FaiqNemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, ƏliquluQəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri və başqa şair, yazıçıvə jurnalistlər, o cümlədən, Oskar Şmerlinq, İ.Rotter, Əzim Əzimzadə kimirəssamlar fəaliyyət göstəriblər.C.Məmmədquluzadə “Molla Nəsrəddin”inbirinci nömrəsinin üz qabığında öz həmvətənlərinin yatmış vəziyyətdə göstərənbir rəsm çəkdirib dərc etdirmişdi. Jurnalın ikinci səhifəsini “Sizi deyibgəlmişəm” məqaləsi bəzəyir. Sonrakı səhifələrdə satirik xəbərlər,teleqramlar, atalar sözü, “Dəllək” hekayəsi, “Lisan” bəlasıfelyetonu və dörd karikatura çap olunub.”Molla Nəsrəddin”in tariximübarizəsinin böyüklüyü onda idi ki,onun XX əsr Azərbaycan həyatınıneybəcərliklərinə qarşı çevrilmiş bu amansız qəzəb və nifrətinin arxasındavətənə və xalqa böyük məhəbbət dolu bir ürək dayanmışdı. Jurnal İran, Türkiyə,Misir, Hindistan, Mərakeş kimi ölkələrə də yayılaraq oradakı xalqlarınsosial-mədəni tərəqqisinə müsbət təsir gostərib.
İlahə