Şuşa teatrında “Molla Nəsrəddin 2022”-nin ictimai baxışı keçirilib-FOTO

Şuşa teatrında “Molla Nəsrəddin 2022”-nin ictimai baxışı keçirilib-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komediya janrında olan tamaşanın müəllifi Xaqani Əliyev, qurluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Oruc Qurbanovdur.
Teatrdan TİA.az-a verilən xəbərə görə, rollarda aktyorlar: Elçin Hacı, Ramil Məmmədov, Əhliman Ərşadlı, Vaqif Kərimov (Əməkdar artist), Ruhiyyə Mahmudqızı, Rəbbilə Ələkbərzadə, Mahir Mirişli, Absalam Həşimli və Ağaəli Kərimzadə iştirak edirlər.
Qeyd edək ki, ötən gün Şuşa teatrında ictimai baxışı keçirilən tamaşa izləyənlər tərəfindən böyük maraqla qarşılanıb. Tezliklə tamaşanın premyerası oynanılacaqdır.