Moldovanın yeni xarici işlər nazirinin Rusiyaya girişinə qadağa qoyulubbackend

Moldovanın yeni xarici işlər nazirinin Rusiyaya girişinə qadağa qoyulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovanın yeni xarici işlər naziri Mixay Popşoy Rusiyanın ölkəyə girişi qadağan edilən şəxslərin siyahısına daxil edilib. Tribunainfo.az xəbər verir ki, bu barədə “NewsMaker” məlumat yayıb.

Popşoy bu faktı şərh edərkən xatırladıb ki, o, hələ yayda, “Aksiya və Həmrəylik” partiyasından deputat olanda həmin siyahıda yer alıb. Popşoy qeyd edib ki, o, Rusiyanın “stop-list”ini kimin tərtib etdiyini bilmir, lakin ehtimal edir ki, Rusiya Xarici İşlər Nazirliyi və ya təhlükəsizlik xidməti bunda müəyyən rol oynaya bilər.