Moldova casusluq ittihamları fonunda ölkədəki rus diplomatlarının sayını azaldır.
Tribunainfo.az İndependent-ə istinadən xəbər verir ki, Moldova administrasiyası Rusiyadan Kişinyovdakı səfirliyində çalışan işçilərin sayını azaltmağı xahiş edib.
Moldovanın bu addımı KİV-də Rusiya səfirliyinin əməkdaşlarının casusluqda ittiham olunması ilə bağlı xəbərlərdən sonra atılıb.
Qərar beynəlxalq araşdırma mediasının xəbərlərindən sonra verilib. Çünki bazar ertəsi sözügedən xəbərdə Rusiya kəşfiyyatı personalının qeyri-qanuni casusluq fəaliyyətlərindən bəhs edilmişdi.
Rusiyanın Kişinyovdakı səfirliyinin kəşfiyyat məlumatlarının qəbulu və ötürülməsində mərkəzi rol oynadığı bildirilir. Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsov iddialarla bağlı dünən Kişinyovda hökumətlə görüşə çağırılıb.
Vasnetsov daha sonra Rusiya mətbuatına bildirib ki, bu iddialar sadəcə olaraq ölkədəki rus diplomatlarının sayını azaltmaq üçün bəhanədir.
Hökumətin qərarını müdafiə edən Popesku, “Diplomatik partiyaların bəzi ünsürlərinin ölkəmizdə sabitliyi pozmaq cəhdi bütün standartları pozan bir şeydir” deyib.