Moldova Dnestryanıda seçkiyə imkan verməyəcək

Moldova Dnestryanıda seçkiyə imkan verməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova hakimiyyəti Rusiyada prezident seçkiləri öncəsi Dnestryanıda seçki məntəqələrinin açılmasına icazə verməyəcək. Tribunainfo.az xəbər verir ki, bu barədə parlamentin spikeri, hakim “Hərəkət və Həmrəylik” partiyasının rəhbəri İqor Qrossu “Jurnal” telekanalına müsahibəsində bildirib.
Qrossu vurğulayıb ki, o, Kişinyovun nəzarətində olmayan tanınmamış dövlətin ərazisində seçki məntəqələrinin təşkilini yanlış və qanunsuz hesab edir.

Rəsminin sözlərinə görə, əvvəllər Rusiya Dnestryanıda qeyri-qanuni olaraq seçki məntəqələrini açıb, çünki bəzi insanlar buna göz yumub.

Onun sözlərinə görə, Moldova hakimiyyəti bu dəfə Rusiyadan səsvermə təşkilatçılarının ölkəyə daxil olmasının qarşısını almaq üçün səy göstərəcək.

Məlumdur ki, Rusiyada keçiriləcək prezident seçkilərində səs vermək üçün 143 ölkədə 276 seçki məntəqəsi açılacaq. Rusiyada prezident seçkiləri 2024-cü il martın 15-dən 17-dək keçiriləcək.

Dəniz Pənahova