Məşhur ingilis model Harriet Rose qocalar evində çalışmağa başlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dünyada yüz minlərlə insanın ölümünə səbəb olan koronavirus modeli bu addımı atmağa sövq edib. Belə ki, Harriet Rose işinə fasilə verərək İngiltərədə yerləşən qocalar evlərindən birində çalışmağa başlayıb.
Gözəl model əsas hədəfinin bu çətin zamanda köməyə ehtiyacı olan yaşlıların yanında olmaq olduğunu bildirib: “Uzun saatlar yatmırıq, çox yorğun oluruq, amma buna dəyər”.
Son olaraq Harriet izləyicilərini evdə qalmağa və qaydalara riayət etməyə səsləyib.