Möcüzəvi tərəvəzlərdən biri də qırmızı çuğundurdur. Həftədə bir dəfə qırmızı çuğundur qəbul edilməsilə daxili orqanlar 10 yaş gəncləşir. Bu bitki hüceyrələri tam yeniləyən şəfalı qida hesab edilir.
Tribunainfo.az yazır ki, min dərdin dərmanı olan çuğundur orqanların yaşlanmasını dayandırır, hüceyrə zəifləməsinin qarşısını alır. Mütəxəssislərin fikrincə, qırmızı çuğundur təbii dərman vasitəsidir. Qırmızı çuğundur mütəmadi idmanla məşğul olanların, idmançıların hər gün qəbul etdiyi qidadır.
Qan təzyiqini aşağı salır
Qırmızı çuğundurun tərkinində olan nitrat, bədəndə nitrit oksidə dönür və damarları genişləndirir və təzyiq aşağı düşür. İkinci beyin olan bağırsaqları gücləndirir və beləliklə bütün daxili orqanlar daha da sağlam vəziyyətə gəlir. Həftədə 1 dəfə qırmızı çuğundur yemək daxili orqanların yaşlanmasının qarşısını alır.
Xərçəng riskini azaldır
Qırmızı çuğundur əsasən bağırsaq xərçənginə qarşı ən gözəl dərmandır.
Dəri sağlığını qoruyur
Bol miqdarda antioksidanı olan qırmızı çuğundur dərini xarici mikroblara qarşı qoruyur. Cildi gözəlləşdirir və cavan saxlayır.
Həzm sistemini möhkəmləndirir
Qırmızı çuğundur lif baxımından zəngin olduğu üçün həzm sisteminə xüsusi təsir göstərir. Həzmi rahatladır və yüngülləşdirir. Tərkiibindəki liflər sayəsində xroniki qəbzliyi aradan qaldırır.
Nigar İxtiyarqızı