“Möcüzələrə inanmaqdan başqa çarəmiz qalmır”

“Möcüzələrə inanmaqdan başqa çarəmiz qalmır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı İlkin Həsəni böyrək çatışmazlığından əziyyət çəkən və hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdə olan aktyor Azər Baxşəliyevlə bağlı paylaşım edib.  Tribunainfo.az xəbər verir ki, aparıcı Azərin son durumunu açıqlayıb.

“Azər Baxşəliyevin son durumu kritik olaraq qalır, hazırda süni tənəffüs aparatına qoşulub. Həyatın ən çətin anlarında belə möcüzələrə inanmaqdan başqa çarəmiz qalmır” deyə, İlkin yazıb.

Xatırladaq ki, Azər böyrək çatışmazlığından əziyyət çəkir. O, bir dəfə əməliyyat olunmuş və anasınpn böyrəyi köçürülmüşdü. Azər bir müddət əvvəl yenidən əməliyyat olunacağını açıqlayıb.