Mobil telefonlardan həddindən artıq istifadə edənlərin nəzərinəbackend

Mobil telefonlardan həddindən artıq istifadə edənlərin nəzərinə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prof. Dr. Aşkın Hastürk, “Eyni duruşda təkrarlanan əl, bilək və dirsək hərəkətlərinin asılılıq səviyyəsinə qədər davam etməsi, oynaq bölgələrində sərtliyə və iltihab səbəbiylə sinir toxumasında təzyiq və zədələnməyə səbəb olur”, – deyib.

Tribunainfo.az Habertürk-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi Dr. Abdurrahman Yurtaslan Ankara Onkoloji Təhsil və Araşdırma Xəstəxanası Beyin və Sinir Cərrahiyyəsi Mütəxəssisi Prof. Dr. Aşkın Esen Hastürk gənclər və orta yaş qruplarında cib telefonu istifadəsinin asılılıq səviyyəsinə çatdığını bildirib.

Həyatı asanlaşdıran ağıllı cib telefonlarının insan sağlamlığında ciddi problemlər yaratdığını ifadə edən Hastürk, “Bunlardan ən çox tanınanı və təsbit ediləni dayaq-hərəkət sistemi, oynaqlar və sinir toxumalarına verdiyi zərərlərdir.

Cib telefonlarının həddindən artıq istifadəsi nəticəsində yaranan xəstəliklərin müalicəsinin mümkün olduğunu vurğulayan Hastürk burada ən əhəmiyyətli müalicənin asılılığın dərəcəsini azaltmaq olduğunu bildirib.