MN: Ermənistan kağız üzərində “qəhrəmanlıqla” məşğuldur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan tərəfi kağız üzərində “qəhrəmanlıqla” məşğuldur”. 

“Ermənistan tərəfi kağız üzərində “qəhrəmanlıqla” məşğuldur”.

Bunu TİA.AZ-ın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Ermənistan sosial səbəkələrində yalan və dezinformasiya xarakterli məlumat paylaşılıb: “Bildiririk ki, Ermənistan tərəfinin iddia etdiyi vəzifədə Natiq Qurbanov soyadlı hərbi qulluqçumuz ümumiyyətlə xidmət etmir”.

Nazirlik bəyan edir ki, düşmən təbliğat maşınının belə ucuz dezinformasiya xarakterli xəbərlərdən istifadə etməsi suda boğulanın saman çöpündən imdad ummasına bənzəyir:

“Uğursuz cəhdlər edən düşmən tərəfi özünü kağız üzərində və virtual məkanda “qəhrəman” kimi göstərmək istəyir.

Xəbər verildiyi kimi, 16-17 iyun tarixlərində Ermənistan silahlı qüvvələri 6 hərbi qulluqçusunu itirib. Düşmən çoxsaylı yaralıları isə məcbur qalaraq hər gün bir adla ortalığa çıxarmaqla daxili auditoriyanı sakitləşdirməyə cəhd edir”.