MN: Düşmən alayının 3-cü taborunun şəxsi heyəti döyüş mövqelərindən qaçıb

MN: Düşmən alayının 3-cü taborunun şəxsi heyəti döyüş mövqelərindən qaçıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin Hadrutda yerləşən 1-ci motoatıcı alayının müdafiə sahəsində silah-sursat, ərzaq və yanacaq çatışmazlığı yaranıb.

Bu barədə TİA.AZ-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Alayın 3-cü taborunun şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək qaçıb.

Eyni zamanda hərbi hissənin sürücüləri də döyüş və avtomobil texnikalarını ataraq döyüş zonasından qaçıb.