Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən guya atəş açılması nəticəsində bir erməni hərbiçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.
Bu barədə TİA.AZ-a Müdafiə Nazirliyi məlumat yayıb.
“Bildiririk ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir”, – deyə MN-in məlumatında qeyd olunur.