Mkrtçyan: “İbrahim sazişinə qoşulmaq Ermənistanı bitirmək üçün lazımdır”

Mkrtçyan: “İbrahim sazişinə qoşulmaq Ermənistanı bitirmək üçün lazımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın “İbrahim sazişinə” qoşulmaq istəyi Qarabağdan sonra, Ermənistan problemini həll etmək üçün lazımdır”.

Tribunainfo.az xəbər verir ki, bunu erməni ekspert David Mkrtçyan deyib.

Onun sözlərinə görə, Azərbaycanın güclənməsi Qərbin maraqlarına uyğundur. “Çünki qüdrətli Azərbaycan vasitəsilə Qərb Mərkəzi Asiya regionuna daxil olmaq üçün vizit kartı alır”.

Mkrtçyan onu da deyib ki, bunun üçün bir neçə mərhələ keçiləcək. “Bunun üçün əvvəlcə Ermənistandan dəhliz qoparmaq, sonra Azərbaycanı ciddi iqtisadi qalaya çevirmək lazımdır. Daha sonra isə iqtisadi olana hərbini əlavə etmək prosesi reallaşdırılacaq”.

Fərda Uğur