MKİ-nin eks-şefi: “Tramp Putindən qorxur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putindən qorxur.

 

ABŞ prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putindən qorxur.

Axar.az xəbər verir ki, bunu CNN-ə müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin eks-rəhbəri Con Brennan söyləyib.

“Putin Trampla çox ağıllı şəkildə oynadı. Məncə, Tramp hansısa səbəb ucbatından ya Putindən qorxur, ya da Rusiya seçkiyə müdaxiləsi araşdırmalarının nə isə ortaya çıxaracağından ehtiyat edir”, – deyə o bildirib.

Qeyd edək ki, Tramp Putinlə Vyetnamda 2-3 dəqiqəlik görüşdən sonra jurnalistlərə açıqlama verərək, Rusiyanın seçkiyə müdaxiləsi haqqında şayiələrin iki ölkə arasında süni baryer olduğunu bildirib.