Mixail Saakaşvili Ukrayna Ali Radasının binası yaxınlığındakı mitinqə gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni qüvvələr hərəkatı” partiyasının lideri, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukrayna Ali Radasının binası yaxınlığındakı mitinqə gəlib.

 

“Yeni qüvvələr hərəkatı” partiyasının lideri, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukrayna Ali Radasının binası yaxınlığındakı mitinqə gəlib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, M.Saakaşvili tərəfdarları ilə birlikdə Qruşevski küçəsində Nazirlər Kabineti və parlament arasında quraşdırılmış metal detektoru çərçivəsindən maneəsiz keçərək Konstitusiya meydanına gəlib.

Yerli vaxtla saat 13:00-da parlamentin plenar iclasının başlayacağı gözlənilir. Millət vəkillərindən bəziləri parlamentin işinə mane olacaqlarını bildiriblər.

Ali Rada binasının yaxınlığında keçirilən mitinqdə iştirak edənlərin sayı günorta saatlarında təqribən 4500 nəfər təşkil edir. Təxminən 500 insan da Ukrayna Mərkəzi Bankının qarşısında mitinq keçirir. Aksiyalar dinc xarakterlidir.

Etirazçılar əsas tələbləri seçki sistemini dəyişmək, müstəqil Antikorrupsiya Məhkəməsi yaratmaq, deputat toxunulmazlığını ləğv etməkdir.