“Mitsubishi” 161 min avtomobili geri çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın “Mitsubishi Motors” avtomobil şirkəti Şimali Amerikadan və Kanadadan 161 min avtomobil geri çağırılıb.
 Yaponiyanın “Mitsubishi Motors” avtomobil şirkəti Şimali Amerikadan və Kanadadan 161 min avtomobil geri çağırılıb.

Trend-in “Associated Press”ə istinadən verdiyi məlumata görə, avtomobillərin geri çağırılmasına mühərrikdə yaranan problem olub.

Geri çağırılan avtomobillər 2015-2017-ci illərdə istehsal olunan “Outlander” və “Lancer” modellərdir. Mühərriklərində problem olan avtomobillər əsasən ABŞ-da və Kanadada satılıb.

Şirkət mühərrikdə olan qüsuru ödənişsiz aradan qaldırmağı öhdəsinə götürüb.