MİT SƏDRİ İBRAHİM KALININ AZƏRBAYCAN SEVGİSİ…backend

MİT SƏDRİ İBRAHİM KALININ AZƏRBAYCAN SEVGİSİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Növbəti dəfə Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın yeni komandasındakı adlar maraq doğuRur. Bir neçə gündür ki, müzakirə olunan komandanın yeni üzvləri arasında ən diqqət çəkən isə Milli İstihbarat Təşkilatının sədri vəzifəsinə təyin edilən İbrahim Kalındır.

Tribunainfo.az yazır ki, siyasi şərhçi Asif Nərimanlının fikrincə, İ.Kalın son illər Türkiyənin önə çıxan beyinlərindəndir, onun qurduğu SETA mərkəzi dərin araşdırmaları ilə diqqət çəkir.

“Hakan Fidanın XİN-ə, İbrahim Kalının MİT-ə gətirilməsi Türkiyənin “Yeni yüzillik” adlandırdıqları dövrdə regional güc rolunu daha da möhkəmləndirmək və qlobal proseslərdə təsiredici oyunçuya çevrilmək planından xəbər verir” deyə, o bildirib.

Syasi ekspert Cəmaləddin Quliyev isə bildirib ki, İbrahim Kalın Azərbaycana xüsusi sevgisi olan şəxs kimi tanınır, lakin bu bağlılıq təkcə Ərdoğanın yürütdüyü siyasi xəttdən yox, şəxsi amillərdən də qaynaqlanır:

“İbrahim Kalının Azərbaycana bağlılığı ərzurumlu olması, ailə-məişət dilinin Azərbaycan türkcəsi (dadaş ləhcəsi) olmasından, ələvi-qızılbaş ənənəsinə, Azərbaycan musiqisinə yaxınlığından irəli gəlir. Özü də Şah İsmayıl irsinə müraciət edir, sözü və melodiyası İbrahim Kalına aid bəstələr “azəri türküsü” adı ilə ifa olunur.Kalın Azərbaycan mövzüsüna siyasətçi kimi həssas yanaşıb”.