MİT rəhbəri təyin olunandan sonra mahnıları ilə gündəmə gəldi – Videobackend

MİT rəhbəri təyin olunandan sonra mahnıları ilə gündəmə gəldi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın ölkənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri təyin edilib.

52 yaşlı Kalının bu vəzifəyə təyin olunması Türkiyədə maraqla qarşılanıb.

Lakin uzun illər siyasətlə məşğul olan Kalın MİT-ə rəhbərlik etməsi ilə yanaşı, mahnı oxuması ilə də gündəmə gəlib. Belə ki, hazırda sosial şəbəkələrin Türkiyə seqmentində Kalının bir neçə il əvvəl və son zamanlar ifa etdiyi mahnılar paylaşılır.

Qeyd edək ki, İbrahim Kalın müxtəlif illərdə bir neçə xalq mahnısını ifa edərək onlara klip də çəkdirib.