“Miss World 2025″in qalibi bəlli oldu – FOTO

“Miss World 2025″in qalibi kimdir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taylandlı model birinci yeri qazandı

“Miss World 2025” gözəllik müsabiqəsinin qalibi Tayland təmsilçisi, 21 yaşlı model Opal Suçata Çuanqsri olub.

Tribunainfo.az xəbər verir ki, beynəlxalq müsabiqə Hindistanın Telingana ştatının Haydarabad şəhərində keçirilib. Bu il müsabiqəyə 108 ölkədən iştirakçı qatılıb və nəticədə Taylandın nümayəndəsi tarixdə ilk dəfə olaraq bu titulu qazanan taylandlı qadın kimi adını yazdırıb.

Suçata Çuanqsri həm model, həm də fəal bir könüllüdür. O, 16 pişik və 5 itin sahibidir. Tədbir zamanı emosiyalarını gizlətməkdə çətinlik çəkən Suçata, səhnədə gəzərkən göz yaşlarını zorla saxlaya bilib.

Model müsabiqə müddətində sosial şəbəkələrdə də aktiv olub, pərəstişkarları ilə təəssüratlarını bölüşüb və onları daim məlumatlandırıb. Finaldan bir neçə gün əvvəl etdiyi paylaşımda, yaşadığı duyğuları “minnətdarlıq və məna dolu qarışıq hisslər” kimi təsvir edib.

“Bu, sadəcə Taylandı təmsil etmək deyil. Səsi eşidilməyən qadınlar adından danışmaq və onların haqlarını müdafiə etməkdir”, — deyə o bildirib.

Qalib həmçinin yarış zamanı digər iştirakçılarla dostluq münasibətləri qurduğunu, bu dostluqların uzun müddət davam edəcəyini qeyd edib. O vurğulayıb ki, Telingana ştatı iştirakçıları səmimi qarşılayaraq onları bir ürək kimi birləşdirə bilib.

“Gözəllik ötəridir, amma məqsəd daima yanımızdadır… ‘Miss World’ sadəcə bir müsabiqə deyil, bu bir platformadır, bir vəddir. Burada əsas xarici görünüş deyil, fəaliyyətdir. Mən də artıq bu məqsəd uğrunda hərəkətə keçməyə hazıram,” – deyə Suçata bildirib.

Hazırda Banqkokda yaşayan gözəllik kraliçası Tammassat Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib. O, hazırda Puket adasında hotelçilik sahəsində çalışır. Suçata daha öncə “Miss Rattanakosin” və “Miss Universe Thailand” müsabiqələrində iştirak edib, hətta “Miss Universe 2024” müsabiqəsinin finalçılarından biri olub.