“Miss World” gözəllik müsabiqəsinin qalibi Çexiya təmsilçisi Kristina Pışkova olub.
Tribunainfo.az xəbər verir ki, bu barədə “The Hindu” məlumat yayıb.
Yarışın finalı Hindistanın Mumbay şəhərində baş tutub. Kristina Pışkova ikinci dəfə dünya gözəli seçilən çexiyalı olub. 2006-cı ildə bu adı onun həmyerlisi Tatyana Kuharjova qazanmışdı.
Müsabiqənin saytında qeyd edilir ki, Kristina Pışkova hüquq və biznes idarəçiliyi üzrə təhsil alan 23 yaşlı modeldir. O, təhsil vasitəsilə davamlı inkişafı müdafiə edən bir fond təsis edib.
“Onun ən qürurverici anı Tanzaniyada aztəminatlı ailələrin uşaqları üçün ingilis dili məktəbinin açılması oldu və burada da könüllü kimi çalışdı”, deyə Kristina Pışkovanın müsabiqə saytındakı profilində deyilir.
Hindistan daha əvvəl 1996-cı ildə “Miss World”ə sahibliyi etmişdir.
Aydın