Model Kiyevdəki zərər görmüş mənzilini nümayiş etdirdi.
“Miss Ukraine International-2018” gözəllik müsabiqəsinin qalibi olan ukraynalı model Boqdana Tarasik bildirib ki, onun evi rusların Kiyevə hücumu nəticəsində məhv olub.
Tribunainfo.az xəbər verir ki, model bu barədə Instagram səhifəsində paylaşım edib və yanaraq tamamilə məhv olmuş mənzilinin fotolarını yayımlayıb. Xoşbəxtlikdən, modelin özü və ailə üzvləri xəsarət almayıb.
“Artıq evimiz yoxdur. Onun yerində indi sadəcə qara dəlik və kül qalıb. Maraq göstərən hər kəsə təşəkkür edirəm. Anam təhlükəsizlik qaydalarına riayət etdiyi üçün xilas ola bildi. Pişiyimizi də xilas etdik, amma hələlik baytarlıq klinikasında stasionardadır”, – deyə Boqdana yazıb.
O, həmçinin mənzilin ikinci mərtəbədə yerləşdiyini qeyd edib. Lakin bu yerləşmə düşmən zərbələrindən qorumağa kifayət etməyib.
“Daxili həyətə baxan evin ikinci mərtəbəsinə birbaşa zərbə dəyə bilərmi? Biz bunun çox az ehtimal olduğunu düşünürdük. Amma indi burada sadəcə dəlik qalıb”, – deyə Boqdana vurğulayıb.
İmran Kərimli