“Miss Mundial – 2018” gözəli seçildi

“Miss Mundial – 2018” gözəli seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada futbol üzrə dünya çempionatının başlanması münasibətilə 32 ölkə tərəfindən “Miss Mundial – 2018” gözəllik müsabiqəsi təşkil olunub. Müsabiqədə dünya çempionatına qatılan həmin 32 ölkənin qızları  iştirak edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Miss Mundial – 2018” gözəllik müsabiqəsi qalibi Belçikadan olan 18 yaşlı Zoe Brunet qazanıb. Qalibə 3500 avro pul mükafatı verilib.

Gözəllik müsabiqəsinin şərtlərinə görə iştirakçılar 18-33 yaş arasında olmalı və onlar öz cazibədar görünüşləri ilə yanaşı, futboldan kifayət qədər məlumatlı olmalıdırlar.