MİSLİ QUMARI NAXÇIVANA DA AYAQ AÇDI…backend

MİSLİ QUMARI NAXÇIVANA DA AYAQ AÇDI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu “Naxçıvanda ilk rəsmi mərc operatoru məntəqəsinin – “Misli” və “Azərlotereya”nın açılışında deyib ki, “Naxçıvana gəldiyimizdən bəri burada böyük potensial gördük”.
Yəni, demək istəyib ki, burda da “dövləti udacam” düşüncəsi ilə dövlətlə qumar oynamaq istəyənlər çoxdur. Hadi qazlar, bizə pul qazandırmağa tələsin…

Qeyd edim ki, “Misli” və “Azərlotereya” Azərbaycanda dövlət tərəfindən qanuniləşdirilmiş qumar oyunudur.
Xalqın əlində-ovcunda nə varsa, bir şəkildə şirnikləşdirib, cibindən çıxarmaq məqsədi daşıyır!
“Misli” rəhbərliyi qazandıqları haram pulla ötən il halallıqdan dəm vuran, oruc tutub namaz qılan jurnalistləri İngiltərəyə gəzməyə belə aparmışdı…

dia.az