Misli Premyer Liqası: XXIV tura bir görüşlə start veriləcək

Misli Premyer Liqası: XXIV tura bir görüşlə start veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Misli Premyer Liqasında XXIV tura “Neftçi” – “Sumqayıt” matçı ilə start veriləcək.

 Tribunainfo.az xəbər verir ki, “Neftçi Arena”da keçiriləcək oyun saat 19:00-da start götürəcək.

Xatırladaq ki, turun digər oyunlarında “Araz-Naxçıvan” “Səbail”i, “Qarabağ” “Sabah”ı, “Şamaxı” “Turan Tovuz”u, “Zirə” isə “Kəpəz”i qəbul edəcək.

Qeyd edək ki, hazırda paytaxta yağan güclü qar yağışı oyunların təxirə salınmasına səbəb ola bilər.

21 fevral

Misli Premyer Liqası

XXIV tur

Saat 19:00, “Neftçi” – “Sumqayıt”.