Bu gün futbol üzrə Misli Premyer Liqasında XX turun daha iki oyunu keçiriləcək.
Tribunainfo.az xəbər verir ki, günün ilk matçı turnir cədvəlinin son iki pilləsində qərarlaşan “Kəpəz” (14 xal) və “Səbail” (12 xal) komandaları arasında olacaq. “ASCO Arena”da keçiriləcək görüş saat 16:00-da başlayacaq.
Digər oyunda isə “Sabah” və “Sumqayıt” komandaları üz-üzə gələcəklər. “Bank Respublika Arena”dakı qarşılaşma saat 18:30-da start götürəcək.
Qeyd edək ki, XX turun açılış matçında “Zirə” səfərdə “Şamaxı”ya 2:1 hesabı ilə qalib gəlib. Tura yanvarın 26-da reallaşacaq iki oyunla yekun vurulacaq.